SÜJET
Kürdəmir rayonunda ağır vəziyyətdə xəstəxanaya gətirilən qadının uşağı ölü doğulub.
Yurd.Media xəbər verir ki, rayon mərkəzi xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, rayonun Çöl-Ərəb kənd sakini, 1993-cü il təvəllüdlü Rüfanə Qorxmaz qızı Bayramova bir müddət əvvəl Kürdəmir rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. Həkim yoxlanışından sonra pasiyentə xəstəxanada yatmaq təklif edilsə də, o, xəstəxanadan rəsmi imtina edib evinə qayıdıb.
Bu gün səhər saatlarında qadın hamiləliyinin 36-cı həftəsində evdə halı qəfil pisləşib və o, təcili xəstəxanaya gətirilib. Çiftliyin vaxtından əvvəl ayrılması diaqnozu ilə gətirilən qadın təcili əməliyyata götürülüb. Əməliyyat zamanı məlum olub ki, qadının körpəsi bətnində tələf olub. Əməliyyatla ölü döl bətndən kənarlaşdırılıb və qadının həyatı xilas edilib.
Hazırda qadının vəziyyəti sabit ağır olaraq qiymətləndirilir.