SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Keyfiyyətsiz dondurmaları necə tanımaq olar? – Mütəxəssis məsləhətləri

Keyfiyyətsiz dondurmaları necə tanımaq olar? – Mütəxəssis məsləhətləri

  • 20 iyun 2026, 23:49

Artıq hava temperaturu yüksəlmək üzrədir. Bu cür günlərdə isə insanların böyük əksəriyyəti sərinləmək məqsədilə dondurma istehlak edir. Lakin digər tərəfdən, bazarda kifayət qədər saxta və keyfiyyətsiz məhsulların satışda olması da hamıya məlumdur.

Yurd.Media xəbər verir ki, qida ekspertlərinin sözlərinə görə, sağlam dondurma düzgün qida zəncirində saxlanılaraq istehlakçılara çatdırılan dondurmalardır. Mütəxəssislərin fikrincə, istehsal prosesi başa çatdıqdan sonra avadanlıqların düzgün qaydada yuyulması və dezinfeksiya edilməsi vacib şərtdir, bunun əksi isə qida zəhərlənməsinə gətirib çıxarır:

"Dondurma süd məhsulları əsasında istehsal olunduğuna görə riskli qidalar sırasına daxildir və lazımi qaydada dezinfeksiya edilməyən avadanlıqlardan çarpaz çirklənmə yolu ilə məhsulda bakterial bulaşma meydana gəlir. Dondurmalar soyuq qida zəncirində mənfi 18 dərəcə temperatur təmin edən soyuducu ilə təchiz olunmuş nəqliyyat vasitələrində daşınmalıdır. Mağazalarda isə dondurmaların mənfi 18 dərəcədə saxlanılması zəruri şərtdir. Bu məsələdə market rəhbərliyinin üzərinə düşən məsuliyyət dondurucu qapağının bağlı saxlanması və müntəzəm nəzarətin təmin edilməsidir".

Mütəxəssislər həmçinin qeyd edir ki, bəzən alıcılar soyuducudan dondurma götürərkən onun qapağını açıq vəziyyətdə saxlayırlar:

"Belə hallarda isti hava axını soyuducunun içərisinə daxil olur və dondurmalar əriməyə başlayır. Bir dəfə donu açılıb sonradan yenidən dondurulmuş dondurmalar ciddi təhlükə mənbəyidir və qida zəhərlənməsinə səbəb ola bilər. Bu vəziyyət generatoru olmayan müəssisələr üçün də keçərlidir. Elektrik enerjisinin kəsilməsi nəticəsində soyuduculardakı temperatur rejimi pozulur və bu hal dondurma ilə yanaşı, digər riskli məhsulların da donunun açılmasına gətirib çıxarır".

Donu pozulmuş məhsulları ayırd etməyin üsulları:

Əgər dondurma qablaşdırması deformasiyaya məruz qalıbsa və ya yeyərkən ağızda buz kristalları hiss edilirsə, bu cür dondurmalardan uzaq durmaq lazımdır. Bəzi hallarda soyuducunun ən aşağı hissəsində qalan dondurmaların yararlılıq müddəti bitmiş olur. Alıcılar mütləq şəkildə dondurmaların son istifadə tarixini yoxlamalıdırlar.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları