Beynin qanla təchizatının kəskin şəkildə pozulması ölüm riski ilə nəticələnə bilər, məhz buna görə insultun ilk simptomlarına vaxtında diqqət yetirmək son dərəcə əhəmiyyətlidir.
Yurd.Media xəbər verir ki, həkim Olqa Şarapova bildirib ki, damarlarda yaranan problemlər nəticəsində bir sutka ərzində beyinə oksigen axını tamamilə dayana bilər və bu proses beyin hüceyrələrinin məhvinə gətirib çıxarır.
Qeyd olunub ki, əgər insan qəflətən özünü pis hiss edirsə, onun mimikasına və nitqinə xüsusi diqqət yetirilməlidir. Belə ki, insult baş verdikdə insanın üzündə əyilmə müşahidə olunur, ağız küncü aşağı düşür. Əzələlərdə zəiflik yaranır, xəstə əl və ayaqlarını çətinliklə tərpədə bilir. Bundan əlavə, danışıq qabiliyyəti ciddi şəkildə pozulur.
Bu simptomlardan hətta birinin özünü göstərdiyi halda insultun təsirlərini minimuma endirmək məqsədilə dərhal xəstəxanaya müraciət etmək və təcili tibbi yardım çağırmaq zəruridir.