SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
İdrak liseyində güllələnən müəllimənin SON DURUMU

"İdrak" liseyində güllələnən müəllimənin SON DURUMU

  • 06 fevral 2026, 17:02
Bakı

Bu gün "İdrak" liseyində güllələnən müəllimənin son durumu açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən (KTM) Yurd.Media-ya bildirilib ki, Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Bildirilib ki, aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları