SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Dərmanları reseptsiz satan apteklərin sayı açıqlanıb

Dərmanları reseptsiz satan apteklərin sayı açıqlanıb

  • 02 aprel 2026, 21:52

Dərmanları reseptsiz satan apteklərin sayı açıqlanıb.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) Yurd.Media-ya bildirilib ki, 2026-cı ilin ilk 3 ayı ərzində 6 aptekdə resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə sayda azalma müşahidə olunub.

Belə ki, ötən ilin müvafiq dövründə 12 aptekdə resept əsasında buraxılmalı olan dərman vasitələrinin reseptsiz satışı aşkarlanıb.

Nöqsan aşkarlanmış apteklərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq olaraq 452.1-ci maddəsi üzrə protokol tərtib olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları