Bu il Azərbaycanda 3 plastik cərrah tənbeh alıb.
Yurd.Media xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib ki, cari ilin ilk 3 ayında 11 cərrah barəsində tənbeh tədbiri görülüb.
Bildirilib ki, tənbeh tədbiri görüləndəndən 6s-ı ümumi cərrah, 3-ü plastik cərrah, 1-i uşaq cərrahı, 1-i cərrah-stomatoloqdur.
Qeyd edilib ki, yoxlamalar zamanı cərrahların lisenziyadan kənar və sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərmələri barədə aşkarlanan nöqsanlara əsasən protokollar tərtib olunub və aidiyyəti üzrə göndərilib.