İmişli rayonunda fəaliyyət göstərən “Elvin Nazimoğlu” Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) məxsus klinikada qanun pozuntusu aşkar olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi PHŞ-nin tibbi nəzarət şöbəsi tərəfindən klinikada yoxlama aparılıb.
İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 31 ünvanda “Elvin Nazimoğlu” MMC-yə məxsus özəl tibb müəssisəsində keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət (pediatrik, psixiatrik və s) və sertifikatsız işçilərin praktik tibbi fəaliyyət ilə məşğul olması faktı aşkarlanıb.
Klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə protokol tərtib edilib və iş baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə “Elvin Nazimoğlu” MMC 6 min manat cərimə olunub.
Qeyd edək ki, Arif Məmmədovun direktoru olduğu klinikanın 13 min mant da vergi borcu yığılıb.