Hovuz və açıq su hövzələrindəki su gözlərdə qıcıqlanma, quruluq hissi və hətta konyunktivit xəstəliyinə yol aça bilər.
Yurd.Media-nın məlumatına görə, oftalmoloqlar bildirirlər ki, xüsusilə xlor maddəsi və suda mövcud olan bakteriyalar göz sağlamlığına zərərli təsir göstərir.
Mütəxəssislər riskləri minimuma endirmək məqsədilə üzgüçülük zamanı mütləq qoruyucu eynəklərdən istifadə olunmasını, çimərdən sonra isə gözlərin ovuşdurulmamasını məsləhət görürlər.
Bundan başqa, kondisioner cihazlarından istifadə zamanı da diqqətli olmaq zəruridir. Soyuq və quru hava axını gözlərdə yanğı hissi, yorğunluq və "qum varmış kimi" narahatlıq yarada bilər.