SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Xəstəlik yayılan kəndə giriş-çıxış nəzarətə götürüldü - FOTO

Xəstəlik yayılan kəndə giriş-çıxış nəzarətə götürüldü - FOTO

  • 14 avqust 2026, 16:15
Samux

Samux rayonunda xəstəlik yayılan kəndə giriş-çıxış nəzarətə götürülüb.

 Yurd.Media xəbər verir ki, Samux rayon, Alıuşağı kəndin girişində qarayara xəstəliyi ilə bağlı post quraşdırılıb.

Postda Qida Təhlükəsizliyi Agentliyinin, Baytarlıq İdarəsinin və Polis əməkdaşları xidmət göstərir. 

Postun quraşdırılmasında əsas məqsəd kənd ərazisindən ət, həmçinin ət və süd məhsullarının daşınmasına nəzarət olunmasıdır.

Hazırda avtomobilər dezinfeksiya edilir və vətəndaşların kəndə giriş-çıxışında hərhansısa bir problem yoxdur. 

Qeyd edək ki, ötən gün səhətində problem yaranan 11 nəfər xəstəxanaya yerləşdirilib. 

Xəstəliyə şübhəli olan ilk şəxsdən götürülmüş müayinə materialının laborator müayinəsi nəticəsində qarayara xəstəliyi diaqnozu təsdiq edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları