SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Salyanda tanınmış həkim vəfat etdi

Salyanda tanınmış həkim vəfat etdi

  • 11 aprel 2026, 19:29
Salyan

Salyanda tanınmış kardioloq Həsənağa Bağırov vəfat edib.

Yurd.Media "Oxu.Az"a istinadən xəbər verir ki, həkim bu gün dünyasını dəyişib.

Qeyd edək ki, H.Bağırov 1940-cı ildə Neftçala rayonunun Böyük Oriyad kəndində anadan olub. O, ilk olaraq Salyan rayonunun Pratman-Gəncəli kəndində həkim işləyib, 1974-ci ildə Salyan RMX-yə həkim-kardioloq kimi işə qəbul edilib.

H.Bağırov xəstəxanada kardioloji kabinet yaradıb, qısa müddətdə burada 40 çarpayılıq şöbə açıb. 1980-ci ildə isə Salyan RMX-nin nəzdində rayonlararası kardioloji mərkəz yaratmağa nail olub.

Məlumat üçün bildirək ki, 86 yaşlı Həsənağa Bağırovun qardaşı Əliağa Bağırov ürək cərrahiyyəsi üzrə dünyada tanınan məşhur həkimlərdəndir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları