SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
İdman zallarında satılan bu qida məhsullarında nöqsanlar üzə çıxdı - SİYAHI

İdman zallarında satılan bu qida məhsullarında nöqsanlar üzə çıxdı - SİYAHI

  • 02 aprel 2026, 17:37

Bakıda əksər idman zallarında satılan qida məhsullarında nöqsanlar üzə çıxıb. 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışının həyata keçirildiyi mağaza və məşq zallarında monitorinq keçirilib.

Yoxlama aparılan 17 müəssisənin 16-da idman qida məhsullarının satışı həyata keçirildiyi halda onların qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdikləri məlum olub.

Eyni zamanda, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 34 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qasımov Əfqan Ruslan oğluna məxsus "Wolf Fitness" idman zalında arıqlamaq məqsədilə qəbul edilən "L-Carnitine 2000 caffeine" əmtəə nişanlı; Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 14/2 ünvanında fəaliyyət göstərən - fiziki şəxs Bayramov Fuad Fəqan oğluna məxsus "Arslan" fitnes zalında isə "Gold Standart Whey", "C4-Pre Workout", "Argipower 120 cephl" əmtəə nişanlı idman qida məhsullarının müvafiq icazə sənədi olmadan qanunsuz şəkildə satışının həyata keçirildiyi aşkarlanıb. Həmin məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib və onların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb.

Monitorinq zamanı həmçinin "İRON MAXX", "Whey-az", "Protein Shop" mağazalarında, "Qol güləşi idman kompleksi"ndə, "Wolf Fitness", "Just FİT", "Arslan Fitnes" və "Adrenaline" idman zallarında üzərində Azərbaycan dilində etiket məlumatları olmayan idman qida məhsulları aşkar edilib. Bu mallar da satışdan kənarlaşdırılaraq etiketlənməsinin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə icrası məcburi göstərişlər verilib.

Monitorinqlər davam etdirilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları