“Hoqqa” çay evinin rəhbəri barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Yurd.Media-ya bildirilib ki, Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən “Hoqqa” çay evində əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.
Çay evi fiziki şəxs Şahmarov Üzeir Sərdar oğluna məxsus olub.
Obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.