SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Həkimlər insultdan əvvəl yaranan ilk simptomları açıqlayıb

Həkimlər insultdan əvvəl yaranan ilk simptomları açıqlayıb

  • 20 may 2026, 23:43

İnsultdan bir həftə əvvəl hiss olunan ilk həyəcan verici əlamət müəyyənləşdirilib. Mütəxəssislər qarşıdan gələn insultun xəbərdarlıq siqnallarını vaxtında tanımağın və bu əlamətlərə diqqət yetirməyin vacibliyini vurğulayırlar.

Yurd.Media xarici mediaya istinadən məlumatına görə, insult təxirəsalınmaz tibbi müdaxilə tələb edən vəziyyətdir, çünki hər keçən dəqiqə orqanizmə dəyən zərərin qarşısını almaq baxımından böyük əhəmiyyət daşıyır. Aparılan tədqiqatlar müəyyən edib ki, ilk xəbərdarlıq əlamətləri insultdan təqribən bir həftə öncə özünü biruzə verə bilər.

Amerika Nevrologiya Akademiyasının jurnalında 2416 nəfərin iştirakı ilə həyata keçirilən araşdırmanın nəticələri nəşr olunub. İştirakçılardan təxminən 549 nəfərin ağır xəstəliyə tutulmazdan öncə mini insult keçirdiyi qeydə alınıb.

Mini insultlar beynin müəyyən nahiyəsinə qan axınının müvəqqəti olaraq dayanması nəticəsində meydana gələn keçici işemik hücumlardır.

Keçici işemik hücumlar insultla oxşar simptomlar yaradır, lakin yalnız bir neçə dəqiqə davam edir və beyində qalıcı zədələnməyə gətirib çıxarmır. Araşdırmaya əsasən, keçici işemik hücumların əsas xəbərdarlıq göstəricilərindən biri sentinel sefalgiya adlanan sentinel baş ağrısıdır. Tibb eksperti Cozef Ambani qeyd edir ki, bu, adi gündəlik baş ağrısından kəskin şəkildə fərqlənən qəfil, güclü və uzunmüddətli baş ağrısıdır.

Sentinel baş ağrısı bir qayda olaraq gözlənilmədən başlayır. Bu cür baş ağrılarına məruz qalan insanlar onu çox vaxt ömürləri boyu yaşadıqları ən şiddətli baş ağrısı kimi xarakterizə edirlər. Sentinel baş ağrıları lokalizasiyası, intensivliyi və ya müşayiətedici əlamətlərinə görə fərqlənə bilər. Bu ağrı ürəkbulanma, qusma, başgicəllənmə və ya boyun nahiyəsində sərtlik kimi əlavə simptomlarla birlikdə müşahidə oluna bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları