Siqaret çəkmənin mütləq şəkildə ağciyər xərçənginə gətirib çıxardığına dair geniş yayılmış inam mövcuddur. Lakin bunun yanında, həyatı boyu heç siqaret istifadə etməmiş, amma yenə də bu xəstəliyə tutulan şəxslər barədə məlumatlar da mövcuddur.
Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, aparılan tədqiqatlar ağciyər xərçənginin hər zaman siqaret istifadəsi ilə birbaşa əlaqəli olmadığını göstərir.
Bu yanlış təsəvvürü aradan qaldırmaq üçün statistik göstəricilərə nəzər salmaq yetərlidir. Ekspertlər bildiriblər ki, doğrudan da, heç vaxt siqaret istifadə etməmiş şəxslərdə ağciyər xərçənginin formalaşması mümkündür. Lakin bu diaqnoz qoyulmuş kişilər arasında belə halın baş vermə ehtimalı 10%, qadınlar arasında isə 16% səviyyəsindədir. Bununla yanaşı, Amerika Xərçəng Cəmiyyətinin açıqladığı məlumatlara əsasən, ağciyər xərçəngi hadisələrinin 84%-dən 90%-ə qədəri siqaret istifadəsi ilə əlaqələndirilir.
Mütəxəssislər siqaret çəkən şəxslərin çəkməyənlərlə müqayisədə ağciyər xərçənginə yoluxma təhlükəsinin 30 qat yüksək olduğunu bildirirlər. Bu təhlükə siqaret istifadəsinin davametmə müddəti və gün ərzində tüstülənən siqaretlərin miqdarı ilə birlikdə artım göstərir.
Bunlardan başqa, siqaret istifadəsi mədəaltı vəzi, ağız boşluğu, qaraciyər, nazofarenks, qırtlaq, yemək borusu, uşaqlıq boynu və yumurtalıq xərçəngi daxil olmaqla bir sıra digər onkoloji xəstəliklərin yaranma ehtimalını da yüksəldir.