SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
“Hayal Kahvesi”ndə natəmizlik, vaxtı keçmiş qidalar - FOTO

“Hayal Kahvesi”ndə natəmizlik, vaxtı keçmiş qidalar - FOTO

  • 07 may 2026, 19:48
Bakı

Bakıda vaxtı keçmiş müxtəlif növ qida məhsullarının təqdim edildiyi restoran aşkar olunub.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Yurd.Media-ya bildirilib ki, Dənizkənarı Milli Park ərazisində fəaliyyət göstərən “Hayal Kahvesi” ictimai iaşə obyektində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Yoxlama zamanı yararlılıq müddəti bitmiş müxtəlif növ qida məhsulları (xardal, bəkməz, sous, sirop, əriştə, maya və sair), həmçinin qanunvericiliyə uyğun etiketlənməyən və müşayiətedici sənədləri olmayan pendir aşkarlanıb.

Eyni zamanda obyektdə mütəmadi olaraq təmizlik işlərinin aparılmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, anbar sahəsində rəflərin yuyulabilən və gigiyenik materialdan təşkil olunmadığı və digər tələblərin pozulduğu müəyyən edilib.

Obyekt rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız qida məhsulları dövriyyədən çıxarılaraq məhv edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları