SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Enerji içkiləri orqanizmdə hormonal balansı pozur - ARAŞDIRMA

Enerji içkiləri orqanizmdə hormonal balansı pozur - ARAŞDIRMA

  • 23 iyun 2026, 19:51

Enerji içkilərinin istehlakı orqanizmdə hormonal tarazlığın pozulmasına səbəb olur.

Yurd.Media xəbər verir ki, bu barədə endokrinoloq Ancelina Kombarova məlumat verib.

Mütəxəssis hormonal pozulmanın əsas səbəbinin enerji içkilərinin tərkibindəki kofein olduğunu vurğulayıb:

"Həddindən artıq kofein qəbulu testosteron hormonunun istehsalını azaldır, eyni zamanda estrogen sintezini gücləndirir. Bundan başqa, enerji içkilərinin daimi istifadəsi asılılığa gətirib çıxarır".

Kombarova həmçinin bildrib ki, isti hava şəraitində energetik içkilərin qəbulu daha böyük risk daşıyır:

"Bu vəziyyət başgicəllənmə, ürək döyüntülərinin tezləşməsi, baş ağrıları, miqren tutmaları, həddindən artıq narahatlıq, diqqət qabiliyyətinin zəifləməsi, yaddaş problemləri və ürəkbulanma kimi əlamətlərə yol aça bilər.

Enerji içkilərinin tərkibində yüksək miqdarda şəkər mövcuddur ki, bu da şəkərli diabet xəstələri üçün xüsusi təhlükə yaradır. Şəkərin sürətli karbohidrat olmasını nəzərə alsaq, bu içkilərin həddindən artıq istehlakı piylənmə riskini əhəmiyyətli dərəcədə artıra bilər".

Qeyd edək ki, çərşənbə axşamı günü Rusiyada Dövlət Duması energetik içkilərin uşaqlara satışını qadağan edən qanun layihəsini ikinci oxunuşda təsdiqləyib. Qonşu ölkədə bundan sonra bu növ içkiləri yalnız yetkinlik yaşına çatmış şəxslər əldə edə biləcəklər.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları