Bakıda daha çox fizioterapiya və reabilitasiya xidmətləri ilə tanınan klinika fəaliyyətini dayandırdı.
Yurd.Media Manset.az-a istinadən xəbər verir ki, "Mayomed" klinikası bir neçə gün əvvəl bağlanıb.
Klinikanın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 205 ünvanında yerləşən binasından bütün tibbi avadanlıqlar çıxarılıb, həkim heyəti və digər əməkdaşlarla sağollaşılıb. Artıq klinikanın reklam lövhələri də binanın üzərindən götürülüb.
Klinikanın hansı səbəbdən fəaliyyətini dayandırdığı məlum deyil.