SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Yuxusuzluq bu kimi xəstəliklərə səbəb olur - SİYAHI

Yuxusuzluq bu kimi xəstəliklərə səbəb olur - SİYAHI

  • 23 iyun 2026, 23:33

Yuxu dövründə orqanizm enerji ehtiyatlarını bərpa edir və immun sistemini gücləndirir. Tam və keyfiyyətli yuxudan sonra insan özünü gümrah və enerji ilə dolu hiss edir.

Yurd.Media xəbər verir ki, həkim-terapevtlərin araşdırmasına görə, kifayət qədər yuxu ala bilməyənlər isə gün boyu yorğunluq və halsızlıq hiss edir, diqqətlərini cəmləşdirməkdə çətinlik çəkirlər.

Yuxu zamanı immun sistem orqanizm üçün son dərəcə faydalı olan xüsusi zülallar hasil edir. Əgər müntəzəm və keyfiyyətli yuxu alınmazsa, həmin zülalların istehsalı kifayət qədər olmayacaq:

"Gündüz müddətində yatmağın faydası gecə yuxusunu əvəz edə bilmir. Gecə saatlarında insan orqanizmi yuxu hormonu olaraq tanınan melatonin hormonunu ifraz edir. Melatonin yalnız tam qaranlıq şəraitdə və olduqca qısa bir zaman ərzində - gecə saat 23.00-dan 01:00-a qədər istehsal olunur. Bu hormon orqanizmdə hüceyrə yenilənməsini, bioloji saatın tənzimlənməsini, yuxu ritminin və bədən temperaturunun balanslanmasını, həmçinin immun sisteminin möhkəmlənməsini təmin edir".

Həkim-terapevtlər yuxusuzluğun gətirdiyi fəsadlar barəsində bunları qeyd edir:

"Bu vəziyyətdə insanlar yuxuya dala bilmir və ya dərin yuxu yata bilmirlər. Şikayətlər adətən qısa müddətdə yuxuya gedə bilməmək, yatdıqda tez-tez oyanmaq və yuxunu davam etdirə bilməmək kimi təzahür edir. Bir həftəyə qədər sürən yuxusuzluq kəskin və ya keçici hesab olunur, bir həftə ilə üç ay arasında davam edən yarımkəskin, üç aydan çox sürərsə isə xroniki yuxusuzluq adlandırılır. Yuxusuzluq problemi olan şəxslər yuxudan oyandıqdan sonra özlərini yorğun hiss edirlər. Yuxusuzluq yalnız enerji səviyyəsinə və əhvala deyil, eyni zamanda ümumi həyat keyfiyyətinə də mənfi təsir göstərə bilər.

Mütəxəssislər gecə vaxtı 7-8 saat yuxu almağı tövsiyə edirlər. İnsanların böyük əksəriyyəti həyatlarının müəyyən mərhələsində günlərlə davam edən qısamüddətli yuxusuzluq ilə üzləşirlər. Belə hal adətən stresli dövrdə, kəskin xəstəlik zamanı və ya yuxu rejiminin dəyişdirilməsi nəticəsində baş verir. Normal yuxu rejiminin bərpasından sonra keçici yuxusuzluq orqanizmdə mənfi iz buraxmır. Lakin uzunmüddətli yuxusuzluq orqanizmdə xroniki ağrı, diabet, ürək-damar xəstəlikləri, astma, qastroezofageal reflüks, hipertiroidizm, depressiya, Parkinson və Altsheymer xəstəliklərinin habercisi ola bilər".

Yuxu çatışmazlığı həddindən artıq çəki qazanma, piylənmə və şəkərli diabet riskini yüksəldir. İnsulin hormonu qanda şəkər səviyyəsinin norma daxilində saxlanmasını təmin edir. Lakin yuxusuzluq bu prosesi pozur. Gecə cəmi 4-5 saat yatan insanların əksəriyyətində insulin müqavimətinin artması müşahidə edilir. Nəticədə 2-ci tip diabetin formalaşması və digər hormonların ritminin pozulması baş verə bilər.

Hər gecə cəmi 1-2 saat daha az yatmaq ürək vurğularının sayını və arterial təzyiqi artırır. Çünki sinir sisteminin bir hissəsi yuxu çatışmazlığına fərqli şəkildə reaksiya verir. Bu halda qanda stress hormonu kimi tanınan kortizolun səviyyəsi yüksəlir və müəyyən müddət sonra damar sərtliyi, infarkt və insult riski artmağa başlaya bilər.

Sürətlə pozulan və ya azalan yuxu, xüsusən dərin yuxu ilə bağlı problemlər sinir sisteminin degenerativ xəstəliklərinə yol aça bilər. Dərin yuxu yaddaşa, diqqətin cəmlənməsinə və qərar qəbuletmə proseslərinə birbaşa təsir göstərir, eyni zamanda gün ərzində qazanılmış məlumatların qismən emal edilməsinə yardımçı olur. Bundan başqa, insan orqanizmi əsas etibarilə yuxu zamanı yaraları sağaldır, zərərli maddələri xaric edir və bərpa proseslərini başladır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları