SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Mütəxəssisdən ayaqüstə çalışan insanlara XƏBƏRDARLIQ

Mütəxəssisdən ayaqüstə çalışan insanlara XƏBƏRDARLIQ

  • 21 iyun 2026, 23:51

Ayaqlarda yaranan şişlik, ağırlıq hissi və narahatlıq damar sağlamlığı ilə bağlı problemlərin əlaməti ola bilər. 

Yurd.Media xəbər verir ki, mütəxəssislər bu simptomların sadəcə yorğunluq kimi qiymətləndirilməsinin yanlış olduğunu bildiriblər.

Ürək-damar cərrahı Dr. Serkan Akcan xüsusilə uzun müddət ayaqüstə qalan və ya hərəkətsiz vəziyyətdə çalışan insanlarda bu şikayətlərin daha çox müşahidə edildiyini deyib. Onun sözlərinə görə, qan dövranının zəifləməsi, artıq çəki və hərəkətsizlik ayaqlarda şişkinlik hissinin əsas səbəbləri arasında yer alır. 

Mütəxəssis qeyd edib ki, ağrı, gecə qıcolmaları, dəridə rəng dəyişiklikləri və damarların daha qabarıq görünməsi kimi əlamətlər müşahidə olunarsa, mütləq həkim müayinəsinə müraciət edilməlidir. Xüsusilə bir ayaqda qəfil yaranan şişkinlik ciddi damar problemlərinin göstəricisi ola bilər və gecikdirilmədən qiymətləndirilməlidir. 

Serkan Akcanın sözlərinə görə, damar sistemi ilə bağlı əlamətlər erkən mərhələdə aşkarlandıqda həyat keyfiyyətini qorumaq və mümkün ağırlaşmaların qarşısını almaq mümkündür. Bu səbəbdən gün ərzində qısa gəzintilər etmək, uzun müddət eyni vəziyyətdə qalmamaq və ayaqları müəyyən fasilələrlə dincəltmək tövsiyə olunur.

Həmçinin həkim damar sağlamlığının qorunmasında balanslı qidalanma, müntəzəm fiziki aktivlik və zərərli vərdişlərdən uzaq durmağın mühüm rol oynadığını vurğulayıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları