SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Suya belə tullanmaq ömürlük iflicə səbəb ola bilər

Suya belə tullanmaq ömürlük iflicə səbəb ola bilər

Yay mövsümünün başlaması ilə dəniz, göl və hovuzlarda üzmə halları artsa da, mütəxəssislər təhlükəli davranışlardan çəkinməyə çağırırlar.

Yurd.Media xarici mətbuata istinadən xəbər verir ki, Beyin, Sinir və Onurğa İliyi Cərrahiyyəsi üzrə mütəxəssis Prof. Dr. Orhan Şen bildirib ki, naməlum və dayaz suya başüstü tullanmaq boyun fəqərələrinin qırılmasına, onurğa iliyi zədələnmələrinə və hətta daimi iflicə səbəb ola bilər. 

Onun sözlərinə görə, insanlar suya tullanmazdan əvvəl həmin ərazinin dərinliyinə əmin olmalıdırlar. Naməlum və əvvəllər yoxlanılmamış yerlərdə başüstü dalış etmək başın dibə dəyməsinə, nəticədə boyun fəqərələrinin zədələnməsinə gətirib çıxara bilər. 

Mütəxəssis qeyd edib ki, belə travmalar zamanı onurğa iliyi zədələndikdə insan ömürlük əlil arabasından asılı qala bilər. Ağır hallarda isə həm qolların, həm də ayaqların fəaliyyəti pozula, hətta tənəffüs əzələlərinin zədələnməsi nəticəsində həyati təhlükə yarana bilər. 

Prof. Dr. Orhan Şen vurğulayıb ki, boyun sınıqlarında erkən tibbi müdaxilə böyük əhəmiyyət daşıyır. Onurğa iliyində tam qopma baş verməyibsə, müəyyən dərəcədə bərpa mümkün ola bilər. Lakin ağır zədələnmələrdə sağalma şansı xeyli azalır. 

Həmçinin həkim yay aylarında su fəaliyyətləri zamanı təhlükəsizlik qaydalarına riayət etməyi, xüsusilə də dərinliyi bilinməyən ərazilərdə başüstü suya tullanmaqdan çəkinməyi tövsiyə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları