SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Enerji içkiləri böyrəkləri necə sıradan çıxarır?

Enerji içkiləri böyrəkləri necə sıradan çıxarır?

  • 20 iyun 2026, 12:49

Enerji içkilərinin zərərləri təkcə ürək və sinir sistemi ilə məhdudlaşmır, bu içkilər uzunmüddətli istifadə zamanı böyrək sağlamlığı üçün də ciddi risklər yaradır.

Yurd.Media xəbər verir ki, həkimlərin fikrincə, enerji içkilərinin tərkibində olan yüksək kafein, şəkər və süni əlavələr böyrəklərin əsas funksiyası olan qanı filtrləmə prosesini zəiflədir. Bu da orqanizmdə su-duz balansının pozulmasına və maddələr mübadiləsinin ləngiməsinə səbəb olur.

Mütəxəssislər bildirirlər ki, enerji içkiləri bədəndə maye itkisini artırır. Nəticədə böyrəklər daha çox yüklənir, sidiklə faydalı mineralların itirilməsi sürətlənir. Bu proses uzun müddət davam etdikdə böyrəklərdə daş əmələ gəlməsi, iltihab və xroniki ağrılar yarana bilər.

Həkimlərin sözlərinə görə, enerji içkilərinə alışqanlıq böyrəklər üçün əlavə risk faktorudur. Orqanizm süni stimullaşdırıcılara öyrəşdikcə böyrəklər fasiləsiz rejimdə işləməyə məcbur qalır ki, bu da onların vaxtından əvvəl zəifləməsinə gətirib çıxarır.

Mütəxəssislər vurğulayırlar ki, yüksək şəkər və kafein tərkibi böyrəklərin su balansını pozur və bu vəziyyət uzun müddət hiss edilmədən inkişaf edə bilər. Lakin nəticələri ağır və geri dönməz ola bilər.

Sağlam həyat tərzi və düzgün qidalanma böyrək sağlamlığının qorunmasında əsas rol oynayır. Həkimlər enerji içkiləri əvəzinə su, təbii meyvə şirələri və digər sağlam içkilərə üstünlük verilməsini tövsiyə edirlər. Bu seçim həm böyrəklər, həm də ümumi orqanizm üçün daha təhlükəsiz hesab olunur.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları