Gəncədə fəaliyyət göstərən “Aysel ASİ” Estetik Mərkəzdə yoxlama aparılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən aparılan yoxlama zamanı “Aysel ASİ” Estetik Mərkəzində lisenziya olmadan kosmetoloji işlə məşğul olması müəyyən edilib.
Estetik Mərkəz barəsində İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə protokol yazılıb və mərkəz 5 min manat cərimə olunub.
Bu qərardan narazı qalan mərkəzin rəhbərliyi məhkəməyə müraciət etsə də Gəncə Şəhər Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, yerli mətbuatın yazdığına görə, mərkəz Aysel Süleymanovaya məxsusdur. O həmin mərkəzdə müştərilərinə dolğu, botoks, plazma terapiya kimi prosedurlar həyata keçirir.