SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Ev heyvanı saxlamağın psixoloji yükü - ARAŞDIRMA

Ev heyvanı saxlamağın psixoloji yükü - ARAŞDIRMA

  • 06 avqust 2026, 23:44

Ev heyvanlarının insan psixikasına faydalı təsirlərinin uzun müddətdir elmi tədqiqatlarla təsdiqlənməsinə baxmayaraq, mütəxəssislər bu əlaqənin gətirdiyi psixoloji yükün də nəzərə alınmasının vacibliyini vurğulayırlar.

Yurd.Media xəbər vcerir ki, xarici mətbuatın məlumatına görə, pişik və ya it bəsləmək tənhalıq hissinin aradan qaldırılmasına, sosial əlaqələrin möhkəmləndirilməsinə və əhval-ruhiyyənin yaxşılaşmasına müsbət töhfə versə də, bu heyvanların gündəlik baxımı, sağlamlıq problemləri və onların itirilməsi prosesləri sahiblərdə ciddi gərginlik və həyəcan hissi formalaşdıra bilər.

Aparılan tədqiqatlar sübut edir ki, ev heyvanları xüsusilə tənha yaşayan şəxslər və yaşlı insanlar üçün əhəmiyyətli sosial dayaq rolunu oynayır.

Bundan əlavə, ABŞ-də aparılan sorğunun nəticələri göstərib ki, ev heyvanı olan insanların 47 faizi öz heyvanlarını evdə tək buraxdıqları zaman narahat olduqlarını etiraf edib.

Mütəxəssislər bildirirlər ki, ev heyvanlarının ömür müddətinin insanlarla müqayisədə xeyli qısa olması bir çox sahib üçün dərin itki hissi və uzun sürən yas dövrünə gətirib çıxarır. Bəzi hallarda bu itkinin yaratdığı emosional ağırlığın yaxın bir insanın ölümü zamanı hiss edilən kədər qədər dərin olduğu qeyd edilir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 41 faizi ev heyvanını tək buraxmamaq xatirinə sosial tədbirlərdən kənarda qaldığını, 70 faizi isə heyvanları ilə daha çox birlikdə ola bilmək üçün distant iş rejimini seçdiyini ifadə edib.

Ekspertlərin rəyinə görə, gündəlik qulluq tələbləri, baytarlıq xərcləri və digər öhdəliklər də ev heyvanı sahiblərində əlavə psixoloji gərginlik yaradan başlıca faktorlar arasında yer alır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları