SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xəstənin çılpaq videolarını paylaşan şəxsin tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur - Nazirlik

Xəstənin çılpaq videolarını paylaşan şəxsin tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur - Nazirlik

“Sosial şəbəkələrdə rəqs edərək, anti-steril qaydada əməliyyat icra edən Abdullayeva Gülbədə Əlqismət qızınınadı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil. Həmin şəxsin tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur”.

Bu barədə Yurd.Media-ya Səhiyyə Nazirliyindən bildirilib.

Vurğulanıb ki, həmin şəxsin çalışdığı estetik mərkəzləri də tibb müəssisəsi deyil:

“Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdəisə həmin şəxsin “UĞUR Estetik Mərkəzi 777” adlımüəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbifəaliyyət göstərmək üçün lisenziyaları yoxdur”.

Nazirlikdən bildirilib ki, adı çəkilən estetik mərkəzlərlə bağlı protokollar da tərtib olunub:

“Dost Estetik Mərkəzi”nin adı Analitik EkspertizaMərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotunaalınmış vergi ödəyiciləri barədə məlumatbazasında mövcud deyil.

“UĞUR Estetik Mərkəzi 777” ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrləplandankənar yoxlamalar aparılmış, aşkar edilənpozuntularla bağlı ümumilikdə 5 inzibati protokoltərtib edilərək Azərbaycan Respublikasının“İnzibati Xətalar Məcəlləsi”nin 210.1-ci maddəsiüzrə cərimə olunması barədə qərar qəbulolunmuşdur.

Göstərilənlərlə yanaşı, müəssisə lisenziyaolmadan fəaliyyətini davam etdirdiyindən, SəhiyyəNazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus “UĞUR Estetik Mərkəzi777” müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib”.

Prime Leasing