Dar burunlu və dikdabanlı ayaqqabılar qan damarlarını və sinirləri sıxır, bu da keyləşmə, qan dövranının pozulması və ayaqlarda ağrılara səbəb ola bilər.
Yurd.Media xəbər verir ki, həkimlər belə ayaqqabıları geyinərkən barmaqların dalğavari şəkildə yerləşdiyini xüsusi vurğulayır: birinci və beşinci barmaqlar aşağı düşür, üçüncü barmaq isə əksinə, yuxarı qalxır.
Hündür dabanlar səbəbindən ayağın təbii biomexanikası pozulur və zədələnmə, burxulma və hətta sınıq riski artır:
"Bu cür ayaqqabıları uzun müddət geymək barmaqların deformasiyası, dırnaqların ətə batması, döyənəklərin yaranması və yastıpəncəliyə səbəb ola bilər".
Həkimlər qeyd edir ki, hündür daban ayağın bütün hissələrinə mənfi təsir göstərir və onun amortizasiya funksiyasını pozur:
"Bu funksiyanın pozulması diz, bud-çanaq və digər oynaqların xəstəliklərinə səbəb ola bilər".