SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bu ölkədə enerji içkiləri 16 yaşdan aşağı olanlara qadağan edildi

Bu ölkədə enerji içkiləri 16 yaşdan aşağı olanlara qadağan edildi

İngiltərədə hökumət, uşaqlarda piylənmə, yuxu pozğunluğu və narahatlığın qarşısını almaq məqsədi ilə 16 yaşdan aşağı olanlara enerji içkilərinin satışını qadağan edəcəyini elan etdi.

 Yurd.Media xəbər verir ki, Red Bull, Monster, Relentless və Prime kimi içkiləri əhatə edən qadağaya görə, litr başına 150 milliqramdan çox kofein ehtiva edən məhsulların 16 yaşdan aşağı olanlara satışı artıq qanuni olmayacaq. Coca-Cola, Pepsi, çay və qəhvə kimi daha az kofeinli içkilər isə əhatə dairəsindən kənarda saxlanıldı.  Səhiyyə Naziri Wes Streeting: "Uşaqların hər gün ikiqat espressoya bərabər kofein qəbul etməsi qəbuledilməzdir. Bu içkilər məsum görünsə də, yuxu rejimini, konsentrasiyanı və sağlamlığı pozur, şəkərli olanlar isə dişlərə zərər verib piylənməni artırır".  Rəsmi məlumatlara görə, İngiltərədə təxminən 100 min uşaq hər gün ən azı bir yüksək kofeinli enerji içkisi qəbul edir. Mütəxəssislər, bu içkilərin yuxu problemləri, narahatlıq artımı, diqqət dağınıqlığı və məktəb uğrunda azalmaya səbəb olduğunu bildirirlər. Həmçinin yüksək şəkər nisbəti piylənmə və diş çürüməsi riskini artırır. Piylənmə Sağlamlıq İttifaqının Direktoru Katharine Jenner qadağanı "uşaqların fiziki, ruhi və diş sağlamlığı üçün sübutlara əsaslanan məntiqli bir addım" kimi qiymətləndirdi.  Action on Sugar-dan Dr. Kawther Hashem isə "bu içkilər lazımsız və zərərlidir, qadağa uşaqları qorumaq üçün şərtdir" ifadələrini işlətdi. Marketlər əvvəlcədən məhdudiyyət gətirmişdi. Böyük supermarket zəncirləri Tesco, Sainsbury's, Asda, Morrisons və Waitrose uşaqlara enerji içkisi satışını daha əvvəl dayandırmışdı. Lakin hökumət, kiçik baqqal və köşklərdə satışların davam etdiyini vurğuladı.  Yeni tənzimləmənin 12 həftəlik məsləhətləşmə prosesindən sonra qüvvəyə minməsi gözlənilir. Qadağadan sonra məktəblərdə və avtomatlarda da satışın qarşısının alınması planlaşdırılır. Şirkətlərdən açıqlama İngilis Sərinləşdirici İçkilər Dərnəyinin Baş Direktoru Gavin Partington, istehsalçıların məhsullarını 16 yaşdan aşağı olanlara marketinq etmədiyini müdafiə edərək, sektorun uzun müddətdir öz daxili nizamnaməsi ilə tənzimləmə apardığını xatırlatdı. Mütəxəssislərə görə qadağanın hərtərəfli tətbiqi, uşaqların sağlamlığını qorumada kritik rol oynayacaq.   

Prime Leasing