SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Anar Bayramovun müavini işdən çıxıb

Anar Bayramovun müavini işdən çıxıb

  • 10 iyun 2026, 21:22

TƏBİB-də növbəti kadr dəyişikliyi baş verib.

Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavinlərindən biri öz istəyi ilə vəzifədən azad olunub.

Müvafiq əmrə əsasən, Araz Nəsirov TƏBİB-in İcraçı direktorunun müavini vəzifəsindən azad olunub.

Qeyd edək ki, A.Nəsirov 2022-ci ilin dekabr ayından bu vəzifədə çalışırdı.

O, 2018-2022-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.

A.Nəsirov 2004-2009-cu illərdə “Palmali” Şirkətlər Qrupunun baş analitiki vəzifəsində çalışıb.

2010-2014-cü illərdə Azərbaycan respublikası Mərkəzi Bankının Maliyyə departamentində Böyük mütəxəssis, 2014-2018-ci illərdə “Paşa Sığorta” ASC-nin Risk meneceri kimi fəaliyyət göstərib.

1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti, daha sonra, 2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı və 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarə edilməsi ixtisasları üzrə ali təhsil alıb.

Araz NəsirovAraz Nəsirov

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları