Dünyada ən çox sevilən giləmeyvələrdən biri sayılan çiyələk zərif tamı və çoxsaylı faydalı keyfiyyətləri ilə seçilir. Bu giləmeyvə vitaminlər, mineral maddələr və antioksidantlarla dolu olduğundan insan orqanizminə müsbət təsir göstərə bilir. Lakin çiyələk hər bir insan üçün eyni dərəcədə faydalı deyil. Müəyyən hallarda sağlamlığa potensial zərərli təsirləri olması mümkündür.
Yurd.Media xəbər verir ki, çiyələyin çoxsaylı sağlamlıq üstünlüklərinə baxmayaraq, bu giləmeyvə bəzi insanlar üçün müəyyən risklər daşıya bilər. Çiyələk yeyərkən ehtiyatlı olması gərəkən əsas qruplar bunlardır:
Allergik reaksiyalara həssas olanlar
Çiyələk dəridə qaşınma və hətta anafilaktik şok kimi ciddi allergik reaksiyalara yol aça bilər. Qida allergiyasından əziyyət çəkən şəxslər bu giləmeyvədən imtina etməli və ya istehlak etməzdən öncə mütəxəssisə müraciət etməlidirlər.
Qanı duruldacu dərmanlar istifadə edənlər
Çiyələk qan laxtalanmasını ləngidən preparatlarla qarşılıqlı təsirə girə bilər. Bu giləmeyvənin tərkibindəki yüksək həcmdə K vitamini antikoaqulyant dərmanların təsirini zəiflədə bilər. Buna görə belə preparatlardan istifadə edən şəxslərin çiyələk istehlakına diqqət yetirməsi zəruridir.
Mədə xəstəlikləri olan şəxslər
Çiyələyin tərkibindəki turşular mədə selikli qişasına qıcıqlandırıcı təsir göstərə bilər. Qastrit və ya mədə xorası diaqnozu qoyulmuş insanlara bu giləmeyvənin istehlakını azaltmaq və ya tamamilə dayandırmaq məsləhət görülür.
Pestisidlə işlənmiş çiyələklər
Çiyələklər əksər hallarda sağlamlıq üçün təhlükəli ola biləcək pestisidlərlə emal olunur. Bu təhlükəni minimuma endirmək üçün üzvi yetişdirilmiş çiyələklərə üstünlük vermək və ya giləmeyvələri yeməzdən əvvəl hərtərəfli yumaq tövsiyə edilir.
Gündəlik normada nə qədər çiyələk yeməli?
Çiyələk istehlakının tövsiyə olunan həcmi yaş, cins, fiziki aktivlik dərəcəsi və ümumi sağlamlıq vəziyyəti kimi fərdi göstəricilərdən asılıdır. Orta fiziki aktivliyə malik yetkin bir insan üçün gündəlik norma təqribən 150-200 qram, yəni 1 stəkan və ya 8-10 iri giləmeyvəyə bərabərdir.
Qidalanma rejiminizdə çiyələyə yer ayırmaq həm dadlı, həm də sağlam qidalanma üçün əla seçim ola bilər. Bununla yanaşı, mülayim istehlakı yadda saxlamaq və orqanizmin fərdi xüsusiyyətlərini nəzərə almaq mühümdür. Əgər yuxarıda qeyd edilən vəziyyətlərdən hər hansı biri sizə aiddirsə və ya hər hansı dərman preparatı qəbul edirsinizsə, çiyələyi qida rasinonunuza daxil etməzdən öncə həkiminizlə məsləhətləşməyiniz tövsiyə olunur.