SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Dietoloqdan energetik içkilərin qısamüddətli təsiri barədə XƏBƏRDARLIQ

Dietoloqdan energetik içkilərin qısamüddətli təsiri barədə XƏBƏRDARLIQ

  • 09 iyun 2026, 18:05

Dietoloqlar energetik içkilərin orqanizmə göstərdiyi qısamüddətli təsiri araşdırıblar.

Yurd.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, energetik içkilərin qəbulundan sonra təxminən 30-60 dəqiqə ərzində enerji artımı müşahidə olunur, lakin bu müddətdən sonra yorğunluq hissi, diqqətin zəifləməsi, əsəbilik və titrəmə halları meydana çıxır.

Diyetoloq Lebedevanın bildirdiyinə görə, iki və ya daha artıq bankanın ardıcıl olaraq içilməsi beyni həddindən artıq yükləyir və nəticədə insanın səhv etmə ehtimalı xeyli artır.

Həkim tövsiyə edir ki, energetik içkilərdən həddən artıq istifadədən çəkinmək lazımdır, gün ərzində 200 milliqramdan çox kofein qəbul edilməməlidir. Enerjini bərpa etmək üçün isə su içmək və iş prosesində qısa fasilələr vermək daha səmərəli üsuldur.

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları