SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Bölgələrdə 38 aptekdə YOXLAMALAR: Nöqsanlar aşkar edildi

Bölgələrdə 38 aptekdə YOXLAMALAR: Nöqsanlar aşkar edildi

  • 13 fevral 2026, 15:21

Azərbaycanın bölgələrindən yanvar ayında 38 aptekdə yoxlamalar həyata keçirilib.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Yurd.Media-ya verilən məlumata  görə, ümumilikdə ötən ay Azərbaycanda 48 əczaçılıq müəssisəsində yoxlama aparılıb.

Bildirilib ki, yoxlamalardan 10-u Bakı şəhərində, 38-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə həyata keçirilib.

Keçirilən yoxlamaların 32-si planlı, 16-sı isə plandankənar olub.

Nəticələrə əsasən, 7 aptekdə müxtəlif nöqsanlar aşkar edilib.

Aşkarlanmış pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin maddələrinə əsasən protokollar tərtib edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları