SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Kardioloqlardan isti havalarda soyuq duş XƏBƏRDARLIĞI

Kardioloqlardan isti havalarda soyuq duş XƏBƏRDARLIĞI

  • 30 iyun 2026, 23:16

İsti yay günlərində sərinləmək məqsədilə soyuq su ilə duş qəbul etmək ürək-damar sisteminə zərərli təsir göstərə bilər.

Yurd.Media xəbər verir ki, bu barədə Trakya Universiteti (TU) Tibb Fakültəsi Kardiologiya kafedrasının rəhbəri Prof. Dr. Servet Altay məlumat verib.

"İstilər zamanı bədən temperaturunun balansını saxlamaq üçün fərqli üsullara müraciət edilir. Bu üsullardan biri də soyuq su vasitəsilə sərinləməkdir. Lakin yay mövsümündə sərinləmə məqsədilə soyuq su ilə duş almaq doğru yanaşma deyil. Belə ki, sərinləmə cəhdi damar və ürək xəstəliklərinin inkişafına yol aça bilər", - deyə kardioloq bildirir.

Mütəxəssisin fikrincə, soyuq duş faydadan daha çox ziyan gətirir:

"Soyuq su ilə duş qəbul etmək və ya buzlu su ilə dolu vannaya dalmaq orqanizmə mənfi təsir göstərir. Bu halda qan dövranında pozulmalar meydana gəlir, damarlarda soyuğun təsiri ilə spazm əmələ gəlir. Bədənin xarici qatındakı damarlarda baş verən bu proses nəticəsində qəfil təzyiq dəyişiklikləri müşahidə oluna bilər. Qan təzyiqinin düşməsi və ya yüksəlməsi huşun itirilməsinə gətirib çıxara bilər. Bu vəziyyət eyni zamanda ürək damarlarına da təsir edir. Qəfildən soyuq suya daxil olmaq ürək spazmlarının yaranmasına da yol açır".

Kardioloq soyuq suya bədəni pilləli şəkildə alışdırmağın vacibliyini vurğulayıb.

"İlıq su ilə duş almaq daha münasib seçimdir. Əgər soyuq suya girməyi planlaşdırırsınızsa, bunu tədricən, addım-addım həyata keçirməlisiniz", - deyə həkim tövsiyə edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları