SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Mütəxəssis xəbərdarlığı: enerji içkiləri 5-10 il ərzində şəkərli diabetə yol açır

Mütəxəssis xəbərdarlığı: enerji içkiləri 5-10 il ərzində şəkərli diabetə yol açır

  • 01 iyul 2026, 20:27

Son dövrdə əhali arasında enerji içkilərinə olan maraq və tələbat xeyli artıb. Təkcə gənclər və orta yaşlı insanlar deyil, hətta kiçik yaşlı uşaqlar belə bu cür içkilərə böyük meyl göstərir. Siqaret və spirtli içkilərdən fərqli olaraq, mağazalarda enerji içkilərinin satışı ilə bağlı heç bir məhdudiyyət mövcud deyil. Bununla belə, enerji içkilərinin insan orqanizminə vurduğu zərərlər olduqca ciddidir.

Yurd.Media xəbər verir ki, bu mövzuda açıqlama verən mütəxəssislər enerji içkilərinin müntəzəm şəkildə qəbulunun insanlarda hələ gənc yaşda diabet və piylənməyə gətirib çıxardığını vurğulayır.

"Əvvəlki dövrlərdə siqaret və narkotik maddələrə qarşı necə ciddi mübarizə aparırdıqsa, enerji içkiləri də eyni dərəcədə narahatlıq doğuran bir problemdir. Enerji içkiləri sadə su deyil. Onların tərkibində sinir sistemini həyəcanlandıran və ürək döyüntüsünü sürətləndirən kofein maddəsi yetərincə mövcuddur. Bundan əlavə, piylənmə, şəkər xəstəliyi və mədə-bağırsaq problemlərinə yol açan çoxsaylı inqredientlər məhz bu içkilərdə toplanıb. 5-10 il müddətində mütəmadi enerji içkisi qəbul edən şəxsdə şəkərli diabet xəstəliyi artıq formalaşmış olur", - deyə mütəxəssislər qeyd edir.

Kardioloqlar vurğulayır ki, enerji içkilərinin ən təhlükəli zərəri hipertoniya (yüksək qan təzyiqi) xəstəliyinin inkişafına səbəb olmasıdır:

"Bu içkilərin ən ciddi mənfi təsirlərindən biri odur ki, tərkibindəki kofein qan təzyiqinin yüksəlməsinə gətirib çıxarır. Enerji içkilərini müntəzəm qəbul edən insanlarda artıq 25-30 yaşlarından başlayaraq vaxtaşırı epizodik qan təzyiqi artımları müşahidə edilir. Bu vəziyyət isə hipertoniya xəstəliyinin yaranması üçün əlverişli zəmin hazırlayır. Piylənmənin və təzyiq xəstəliyinin qarşısını almaq üçün enerji içkilərindən imtina etmək mütləq zərurətdir. Təəssüf ki, bir çox insan gərgin iş qrafiki və yuxusuzluğu bəhanə gətirərək gündə minimum bir ədəd enerji içkisi qəbul edir. Bu, sağlamlıq baxımından qətiyyən yolverilməzdir".

Qeyd edək ki, Azərbaycan bazarında daha çox enerji içkisi satılan "Red Bull GmbH" tərəfindən istehsal edilən "Red Bull", “Yunayted Botlinq Qrup” tərəfindən istehsal edilən “Jaquar”, “Avrora” MMC və “Berg Energy” MMC tərəfindən istehsal edilən “Bizon”, “Hell Energy” Ltd müəssisəsinə məxsus, “Aztrade” MMC tərəfindən idxal edilən “Hell”, “A+Co” ASC tərəfindən istehsal edilən “Full energy” “Pit bull”,  “Moskva Brewing Company” tərəfindən istehsal edilən “Gorilla” içkiləridir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları