Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti nüfuzlu tibb mərkəzinə baş həkim gətirilib.Yurd.Media "Ölkə.az"a istinadən xəbər verir ki, Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.
Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.
O, 2016‑cı ildən bu postda çalışırdı.
Könül XəlilovaRespublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti işləyib.
Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.
Nigar Axundova