“İncir Medical and Health Services” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) barəsində inzibati protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, MMC tərəfindən 80 min ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
“İncir Medical and Health Services” barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə MMC-nin barəsində törətdiyi inzibati xətanın obyekti olmuş 80000 ABŞ dolları məbləğində valyuta vəsaitinin iyirmi faizi miqdarında, yəni 16 000 dollar cərimə olunub.
Qeyd edək ki, “İncir Medical and Health Services” MMC bir müddət əvvəl də eyni əmələ görə cərimə olunmuşdu.
2022-ci ildə yaradılan “İncir Medical and Health Services” MMC 50 min manat nizamnamə kapitalına malikdir, direktru Sona Əliyevadır.