SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Ac qarına çoxlu su içməyin ZƏRƏRİ

Ac qarına çoxlu su içməyin ZƏRƏRİ

  • 29 sentyabr 2026, 08:24

Boş mədəyə həddindən artıq su qəbulu turşu reflü və şişkinlik problemlərinə yol aça bilər.

Yurd.Media xəbər verir ki, bu haqda britaniyalı diyetoloq Molli Pelletier məlumat verib. Mütəxəssisin açıqlamalarını "Daily Mail" nəşr edib.

Mütəxəssis bildirib ki, turşu reflüsü mədədəki turşunun yenidən özofagusa qayıtması zamanı meydana gəlir. Bu hal, qida mədəyə daxil olduqdan sonra aşağı özofagus sfinkterinin tam bağlanmaması nəticəsində yaranır. Nəticədə ürək yanması olaraq bilinən yanma hissi ortaya çıxır.

Diyetoloq qeyd edib ki, ürək yanması müxtəlif faktorlarla, o cümlədən stress, qeyri-düzgün qidalanma rejimi və bəzi mədə-bağırsaq pozğunluqları ilə bağlı ola bilər. Lakin hətta "təhlükəsiz" görünən vərdişlər belə turşu reflüsünü tetikləyə bilər.

"Ac mədəyə böyük miqdarda soyuq su içmək boğaz ağrısı, qarında şişkinlik, geğirmə və döş qəfəsində diskomfort riskini artırır", deyə mütəxəssis vurğulayıb.

Sağlamlığın qorunması üçün Pelletier eyni zamanda yeməkdən bilavasitə əvvəl, yemək əsnasında və ya yeməkdən sonra deyil, yeməklər arasındakı fasilələrdə su qəbulunu məsləhət görür.

"Yemək ilə birgə bir stəkan su əksəriyyət insanlar üçün zərərsiz olsa da, yemək zamanı həddindən artıq maye qəbulu tövsiyə olunmur. Çoxlu maye mədə möhtəviyyatının ümumi həcmini artırır və mədə turşusunun özofagusa geri qayıtmasının qarşısını alan qapaq üzərinə əlavə təzyiq göstərir", deyə ekspert əlavə edib.

Skat.az - Ev və Avtomobil elanları