Xroniki yuxusuzluqdan əziyyət çəkən insanlar yaşı artdıqca yaddaş və idrak qabiliyyətlərini daha tez itirməyə meyilli olurlar, tomoqrafik müayinələr zamanı isə beyindəki dəyişikliklər aydın şəkildə müşahidə edilir.
Yurd.Media xəbər verir ki, bu barədə "Medical Xpress" saytında yayımlanan məqalədə bildirilib.
Aparılan araşdırma nəticəsində məlum olub ki, xroniki yuxusuzluqdan əziyyət çəkən şəxslərdə yüngül idrak pozğunluğunun və ya demensiyanın yaranma ehtimalı 40 faiz daha çoxdur.
"Yuxusuzluq yalnız növbəti gün özünüzü pis hiss etməyiniz demək deyil, eyni zamanda uzun müddət ərzində beyninizin sağlamlığına ciddi təsir göstərən mühüm bir amildir. Biz yuxusuzluğun düşüncə qabiliyyətlərinin daha sürətli zəifləməsinə və beyində dəyişikliklərin daha erkən yaranmasına gətirib çıxardığını aşkar etdik", – deyə tədqiqatda iştirak edən ABŞ-nin Nevrologiya Akademiyasının üzvü Dieqo Karvalio qeyd edib.