SÜJET

Süni intellekt Böyük Qayıdış Bank Daşınmaz əmlak Sülh gündəliyi
Hər gün evi təmizləmək ağciyərlərə ciddi zərər verir – ARAŞDIRMA

Hər gün evi təmizləmək ağciyərlərə ciddi zərər verir – ARAŞDIRMA

  • 28 sentyabr 2026, 08:36

Elmi tədqiqatlara əsasən, müntəzəm şəkildə ev təmizliyi ilə məşğul olmaq ağciyər funksiyalarının zəifləməsinə gətirib çıxarır.

Yurd.Media xəbər verir ki, bu mövzuda Norveçin Bergen Universitetinin mütəxəssisləri uzunmüddətli tədqiqat həyata keçiriblər.

20 il davam edən araşdırmanın nəticələri göstərib ki, hər gün mütəmadi olaraq ev təmizliyi aparan qadınların ağciyərləri sutkada 20 ədəd siqaret istifadə edən şəxsin ağciyərləri ilə müqayisə oluna bilər.

Tədqiqatçılar bu vəziyyəti təmizlik prosesində tətbiq olunan kimyəvi maddələrdən havaya yayılan xırda hissəciklərlə izah edirlər.

Mütəxəssislər bu cür kimyəvi tərkibli vasitələrin istifadəsinin minimum səviyyəyə endirilməsini tövsiyə edirlər.

Bundan əlavə, təmizlik aparılan zaman otağın havasının tez-tez dəyişdirilməsi vacibdir. Bu qaydalara riayət etməklə ağciyərlərin sağlamlığını qorumaq mümkündür.

Skat.az - Ev və Avtomobil elanları