Xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsində istifadə ediləcək tibbi məhsulların alınmasına 3,4 milyon manat vəsait yönəldilməsi planlaşdırılır.
Yurd.Media "İqtisadiyyat.az"a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin Səhiyyənin Təminat Mərkəzi bir sıra alqı-satqılarla əlaqədar hazırlıqlara başlayıb.
Belə ki, xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsində istifadə üçün nəzərdə tutulmuş tibbi sərfiyyat mallarının və İİV-la mübarizə tədbirlər proqramı çərçivəsində dərman vasitələrinin satınalınması nəzərdə tutulub.
Sözügedən alqı-satqıya 3,4 miyon vəsaitin sərf olunacağı proqnozlaşdırılıb.