SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
Autizmin erkən əlaməti embrion mərhələsində AŞKAR EDİLDİ

Autizmin erkən əlaməti embrion mərhələsində AŞKAR EDİLDİ

  • 28 iyun 2026, 23:49

Autizmin ən erkən əlamətlərindən birinin embrional inkişaf mərhələsində beynin intensiv şəkildə böyüməsi olduğu müəyyən edilib.

Yurd.Media xəbər verir ki, bu nəticəni San Dieqodakı Kaliforniya Universitetinin amerikalı nevroloqları beynəlxalq həmkarları ilə birlikdə əldə ediblər.

Tədqiqat qrupu bu xəstəliyə məruz qalmış 10 körpənin və altı sağlam uşağın qanından kök hüceyrələr nümunəsi götürüb.

Ağır autizm diaqnozu qoyulmuş uşaqların embrional inkişaf dövründə beynin həddindən artıq genişlənməsi qeydə alınıb. Araşdırmaçılar müəyyən ediblər ki, autizmin yüngül sosial simptomlarına malik olan uşaqlarda isə yalnız mülayim səviyyədə böyümə izlənib.

Mütəxəssislər eyni zamanda ağır autizmli körpələrdə ilkin eşitmə və somatosensor qabıq sahələrinin genişləndiyini aşkara çıxarıblar. Bu kəşf hissi qavrama və sosial dərketmə ilə əlaqəli çətinliklərin səbəblərini izah edə bilər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları