SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Ağdamda 39 yaşlı kişi göbələkdən ölüb? - YENİLƏNİB

Ağdamda 39 yaşlı kişi göbələkdən ölüb? - YENİLƏNİB

  • 29 may 2025, 13:50
Ağdam

"28.05.2025-ci il tarixində saat 15:15 radələrində 1 nəfər (kişi cinsli) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib".

Bu barədə Yurd.Media-nın sorğusuna əsasən, TƏBİB-dən bildirilib. Qeyd edilib ki, ona ilkin olaraq dəqiqləşdirilməmiş ağciyər və ürək çatışmazlığı diaqnozu təyin edilib.

"Zəruri tibbi müdaxilələrə və reanimasiya tədbirlərinə baxmayaraq, saat 15:30 radələrində şəxsin ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib".

***09:36

Ağdam rayon sakini qida zəhərlənməsi nəticəsində həyatını itirib.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Əsədov Murad Oruc oğlu göbələk yedikdən sonra qəfil halı pisləşib.

O, dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing