SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt
Azərbaycanda bu il neçə nəfərin orqan transplantasiyası etdiyi məlum olub

Azərbaycanda bu il neçə nəfərin orqan transplantasiyası etdiyi məlum olub

Bu il Azərbaycanda 46 orqan transplantasiyası əməliyyatı icra edilib.

Yurd.Media "Trend"ə istinadən xəbər verir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Əməliyyatların 17-si böyrək,13-ü qaraciyər, 4-ü sümük iliyi, 12-si isə buynuz qişa əməliyatlarıdır.

Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında qeyd etmişdi ki, Azərbaycanda 1 000-dən çox böyrək, 500-dən çox qaraciyər, 300-dən çox gözün buynuz qişası transplantasiyası həyata keçirilib.