SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Zolaqlar silinib, nişanlar və işıqforlar yoxdur - VİDEO

Zolaqlar silinib, nişanlar və işıqforlar yoxdur - VİDEO

  • 03 fevral 2026, 23:26
Bakı

Bakının Suraxanı rayonunda avtomobil yolunda təhlükəli vəziyyət yaranıb.

Yurd.Media xəbər verir ki, paytaxtın Suraxanı rayonu Abbas Fətullayev küçəsi ilə Yeni Günəşlinin D massivini birləşdirən yolda zolaqlar silinib, xəbərdaredici nişanlar və işıqforlar yoxdur.

Bu hadisə də öz növbəsində avtomobillərin hərəkətini çətinləşdirib.

Sürücülər "Xəzər" TV-yə bildirilib ki, bu kimi hallar ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin yaranmasına səbəb olur.

Məsələ ilə bağlı aidiyyatı qurumlara sorğu ünvanlansa da, məsələnin onların səlahiyyətində olmadığını deyiblər.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları