Bu gün 27 ailədən 112 nəfər Kəlbəcər şəhərinə köçdü.
Yurd.Media xəbər verir ki, köç karvanı ilə yenidən qurulan Kəlbəcər şəhərinə çatan ailələrə mənzillərinin açarları təqdim olunub.
Kəlbəcərə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Ailələrə evlərinin açarlarının təqdimatı mərasimində Azərbaycan Respublikası Prezidentinin Kəlbəcər rayonunda xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Kəlbəcər şəhərində daimi yaşayış üçün köçürülən ailələr yeni tikilmiş binalarda mənzillərlə təmin olunub.

