SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
Xankəndidə “Qış nağılı” yarmarkası başlayıb

Xankəndidə “Qış nağılı” yarmarkası başlayıb

  • 01 yanvar 2026, 10:16
Xankəndi

Xankəndi şəhərində bayram ovqatlı “Qış nağılı” adlı yarmarka fəaliyyətə başlayıb.

Yurd.Media xəbər verir ki, yarmarka yanvarın 5-dək davam edəcək.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə sayca 2-ci dəfə keçirilən yarmarka, şəhərin Zəfər meydanında təşkil edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, yarmarkada 30-dək şirkət öz məhsulları ilə təmsil olunur.

Yarmarkalar və konsert proqramları Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarında da təşkil olunub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları