SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
WUF13-də urbisidin ağır izləri fotolarla nümayiş olundu

WUF13-də urbisidin ağır izləri fotolarla nümayiş olundu

  • 21 may 2026, 13:43

Bakıda müasir şəhər həyatının ritmi və urbisidin ağır izləri fotolar vasitəsilə nümayiş olunub.

Yurd.Media xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində “Gilavar Foto Klubu” İctimai Birliyi vizual sənət sahəsində irimiqyaslı layihəyə imza atıb. Birlik tərəfindən eyni gündə üç fərqli mövzunu əhatə edən fotosərgi təşkil edilib.

Sərgilərdən birincisi BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə “Azərbaycan Şəhərsalma Kampaniyası” çərçivəsində keçirilən “My Urban World” (Mənim Şəhər Dünyam) fotomüsabiqəsinin qaliblərinə həsr olunub. Bu sərgi ziyarətçilərə müasir şəhər həyatının dinamikasını və urbanizasiyanın müxtəlif çalarlarını fotoqrafların baxış bucağından izləmək imkanı yaradıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən digər iki ekspozisiya isə ölkəmizin post-münaqişə reallıqlarına həsr edilib. Bu sərgilərdən biri Azərbaycanda mina qurbanlarına, digəri isə urbisid və işğaldan azad edilmiş ərazilərdəki genişmiqyaslı yenidənqurma prosesinə aid olub.

“Gilavar Foto Klubu” İctimai Birliyinin sədri Rəşad Mehdiyev layihənin əhəmiyyətindən danışaraq bildirib:

“Biz WUF13 kimi nüfuzlu qlobal platformada həm müasir şəhər həyatının ritmini, həm urbisidin ağır izlərini, həm də işğaldan azad edilmiş ərazilərdəki bərpa prosesini və mina qurbanlarının hekayələrini eyni anda nümayiş etdirdik. Fotoqrafiya vasitəsilə cəmiyyətin yaşadıqlarını və dirçəlişini vizual sənətin dili ilə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq bizim üçün çox önəmli bir layihə oldu”.

Ümumilikdə hər üç sərgidə 50-dən artıq foto əsəri nümayiş etdirilərək forum iştirakçılarının diqqətinə çatdırılıb. Sərgilər yerli və beynəlxalq ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları