SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Bank Market araşdırması Süni intellekt
“Tamstore”dan viski oğurlayan şəxs cəzalandırıldı

“Tamstore”dan viski oğurlayan şəxs cəzalandırıldı

  • 30 iyun 2026, 15:59

Bakının Sabunçu rayonunda marketlər şəbəkəsinin birindən oğurluq edilib. 

Yurd.Media-nın əldə etdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Əliyev Isa Fizuli oğlu Bakıxanov ərazisində “Tamstore” mağazasından 218.75 manat dəyərində viski oğurlayıb. 

Sabunçu Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 160 saat ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq edilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları