SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Tab-tech Electronics satdığı Zilan məhsullarının pulunu məhkəmə ilə yığır

"Tab-tech Electronics" satdığı "Zilan" məhsullarının pulunu məhkəmə ilə yığır

  • 30 aprel 2026, 16:08
Şirvan

“TAB” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) müştərisinə qarşı iddia qaldırıb.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, şirkət tərəfindən Şirvan Şəhər Məhkəməsinə iddia ərizəsi təqdim olunaraq iki borc müqaviləsinə görə 469 manat borc və 32 manat ödənilmiş dövlət rüsumunun (ümumilikdə 501 manat) tutulması xahiş olunub.

Həmin müqaviləyə əsasən “TAB-TECH” səyyar satışdan cavabdeh "Zilan" markasından olan 280 manat dəyərində “ZLN Tozsoran” və 150 manat dəyərində “Fen ZLN” alıb.

Məhkəmə iddianı qismən təmin edib. Ümumilikdə hər iki müqavilə üzrə 425 manat borc və dövlət rüsumu kimi ödənilmiş 32 manat pul vəsaiti tutularaq şirkətə ödənilməsi barədə qətnamə çıxarılıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları