SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Şuşada İƏT-in Biznes Forumu keçirilir

Şuşada İƏT-in Biznes Forumu keçirilir

  • 02 iyul 2025, 10:38
Şuşa

Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumu keçirilir.

Yurd.Media xəbər verir ki, tədbir Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə təşkil olunan “İƏT həftəsi” çərçivəsində baş tutur.

Forum İqtisadiyyat Nazirliyi, AZPROMO, İqtisadi Əməkdaşlıq Təşkilatının Katibliyi və İƏT Ticarət və Sənaye Palataları Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutur.

Forumun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında investisiya və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafa töhfə verməkdir.

Tədbir çərçivəsində ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sahələrində tərəfdaşlıq imkanları müzakirə olunacaq. Həmçinin “biznes-dövlət” (B2G) və “biznes-biznes” (B2B) formatlarında görüşlər keçiriləcək.

Qeyd edək ki, Forum İƏT regionunda iqtisadi əlaqələrin genişlənməsi baxımından mühüm platforma hesab olunur.

Prime Leasing