Bir vaxtlar Ağdam şəhərinin simvollarından biri sayılan “Fərhadın heykəli” gələn il dogma şəhərinə qayıdacaq.
Yurd.Media xəbər verir ki, Ağdam şəhər mərkəzi parkında yerləşdiriləcək "Fərhadın heykəli" üzərində işlər davam edir.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətindən bildirilib ki, Xalq rəssamı Tokay Məmmədovun orijinal eskizi əsasında hazırlanan bu layihə şəhərin simvollarından birini əbədiləşdirəcək.
Qeyd olunub ki, əsərin bərpası ilə Azərbaycan Xalq rəssamı Hüseyn Haqverdiyev məşğul olur. Heykəlin texniki parametrlərinin icrası isə Sənan Cəfərovun səlahiyyətindədir. Layihənin baş kuratoru Azərbaycan Əməkdar rəssamı, elmlər doktoru Rəşad Mehdiyevdir. Heykəlin gələn il ucaldılması nəzərdə tutulur".