SÜJET

Market araşdırması Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib

Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib

  • 30 aprel 2026, 19:05
Gəncə

Kamran Əsədov və Gündüz Abbasovun növbəti məhkəmə prosesi keçirilib.

Yurd.Media xəbər verir ki, Gəncə şəhər Məhkəməsində keçirilən növbəti məhkəmə prosesində şahidlər məhkəməyə gəlməyib. 

Tərəflərin razılığı əsasında məhkəmə prosesi davam etdirilib və Gündüz Abbasov ifadə verib.

O, qurğuların alınmasında iştirak etmədiyini, sadəcə 2 qurğunun quraşdırılmasında iştirak etdiyini qeyd edib. 

O, bu qurğulardan Kamran Əsədovun da xəbərdar olduğunu bildirib.

Həmçinin onun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin ağırlaşdırıcı hal olduğunu, özünün isə vəzifəli şəxs sayılmadığını deyib.

Dövlət ittihamçısı isə onun ilk ifadəsində dediklərinlə indiki ifadəsində ziddiyyət olduğunu, qurğuların Türkiyədən aldıqlarını ilk ifadəsində bildirdiyini xatırladıb. Dövlət ittihamçısı ona da bildirim ki, Gündüz Abbasovun iştirakı ilə 2 yox 14 abituriyentinə xüsusi qurğu quraşdırdığı məlum olub.

Növbəti məhkəmə prosesi mayın 25-nə təyin olunub. Həmin məhkəmədə şahidlərin dindirilməsi və Kamran Əsədovun ifadə verilməsi gözlənilir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları